12px13px15px17px
Tarix:08/10/18

Geni dəyişdirilən həşəratlar kənd təsərrüfatı bitkilərinə köçürüləcək

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) bitki genlərinin dəyişdirilməsi üçün həşəratlardan istifadə imkanını öyrənir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, alimlər həşəratların genini dəyişməklə onları geni modifikasiya edilmiş virusların kənd təsərrüfatı bitkilərinə köçürülməsi üçün istifadə etməyi planlaşdırırlar.

Beləliklə, tədqiqatçılar bitkilərdə xəstəlik, quraqlıq və onlar üçün digər tipik təhlükələrə qarşı immunitet yaratmaq istəyirlər.

Bildirilir ki, eksperiment iştirakçılarının müsbət qiymətləndirməsinə baxmayaraq tədqiqat hamı tərəfindən optimizmlə qarşılanmır. Belə ki, bir sıra alimlərin fikrincə, bu texnologiyaya potensial bioloji silah konteksti kimi yanaşmaq olar.  

Bununla belə, ABŞ Dövlət Departamentinin nümayəndələri bildirib ki, “Insect Allies” layihəsi dinc məqsədlər üçün hazırlanır və bioloji silahlar haqqında Konvensiyanı pozmur. Tədqiqatların aparılmasında, həmçinin ABŞ Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri iştirak edirlər.

Nizam Nuriyev





Baxış sayı: 356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024