12px13px15px17px
Tarix:08/10/18

“Voyager-2” aparatı Günəş sistemini tərk etməyə hazırlaşır

ABŞ Kosmik Agentliyinin (NASA) “Voyager-2” kosmik aparatı ulduzlararası sahənin sərhədlərinə yaxınlaşır.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, məlumata görə, “Voyager-2” peyki 20 avqust 1977-ci ildə Günəş sisteminin uzaq planetlərinin tədqiqi üçün “Voyager” proqramı çərçivəsində buraxılıb. Bu, Uran və Neptuna çatan ilk və yeganə aparatdır. “Voyager-2” səyahət etdiyi illər ərzində təxminən 17,7 milyard km uçub ki, bu da Yerdən Günəşədək olan məsafəni 118 dəfə üstələyir. “NASA” nümayəndələri bildirib ki, aparat tərəfindən Günəş sisteminin kənarında mövcud olan kosmik şüaların enerjisinin artımı qeydə alınıb. Bu isə ondan xəbər verir ki, aparat heliosferin (heliosphere) sərhədlərinin sonuna yaxınlaşıb. “Voyager-2” onun kənarından çıxdıqdan sonra insan tərəfindən yaradılan ulduzlararası sahəyə daxil olan ikinci obyekt (“Voyager-1” aparatından sonra) olacaq.  

Qeyd olunur ki, avqustun sonundan “Voyager-2” peykinin detektorları tərəfindən aparata düşən kosmik şüaların sürətinin avqustun əvvəli ilə müqayisədə 5 faiz artdığı müşahidə edilib. Şüaların bir qisminin heliosferlə bloklanması ilə əlaqədar olaraq mütəxəssislər aparatın heliosfer sərhədlərinə yaxınlaşdığı və keçdiyi zaman kosmik şüaların artımını qeydə alacağını gözləyirlər. Lakin missiya qrupunun üzvləri vurğulayır ki, kosmik şüaların güclənməsi zondun heliopauza (Heliopause) sərhədini keçməyə hazırlaşması kimi başa düşülməməlidir.

Nizam Nuriyev





Baxış sayı: 550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024