12px13px15px17px
Tarix:09/10/18

Bu gün Ümumdünya Poçt Günüdür

9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir. Bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 144 illiyi tamam olur. İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb.
 
Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib. Və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd edilir.
 
Son 15 ildə Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya (2004 və 2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-ci il və 2016-cı illər) seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub. Hazırda ÜPİ ilə əməkdaşlıq əlaqələri daha da genişlənməkdədir.
 
BMT-nin ixtisaslaşmış təşkilatlarından olan  ÜPİ son illərdə Azərbaycan Poçtuna inkişaf proqramı çərçivəsində xeyli texniki yardımlar göstərib.
 
Bununla yanaşı, Azərbaycan Poçtu da müəyyən ölkələrdə təbii fəlakətlər və müharibə nəticəsində zərərçəkmiş poçt infrastrukturunun bərpası üçün ÜPİ-nin çağırışlarına cavab olaraq öz köməyini əsirgəmir.
 
Azərbaycan Poçtu dünyanın qabaqcıl poçt administrasiyalarından birinə çevrilib. Dünya ölkələri arasında ilk dəfə olaraq Azərbaycan Poçtunda Dünya Bankı tərəfindən ayrılmış kredit hesabına 2005-ci ildən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin tətbiqinə başlanılıb. Layihə 2010-cu ildə uğurla sona çatdırılıb. Bu layihənin tətbiqi nəticəsində Azərbaycan Poçtu poçt-maliyyə xidmətlərinin göstərilməsində rəqabətə davamlı qurumlardan biridir.
 
Hazırda vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə “Şəbəkə” xidmət mərkəzləri fəaliyyət göstərir. Ölkə üzrə 8 “Şəbəkə” xidmət mərkəzi fəaliyyətdədir. Onlardan 5-i paytaxt Bakıda, digər 3-ü isə Cəlilabad, Zaqatala və Sumqayıt şəhərində yerləşir.
 
“Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə "Şəbəkə" mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək.
 
"Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və  turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.
 
Bu gün Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi də fəaliyyət göstərir. Müvafiq layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir.
 
Həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, Azərbaycan poçt sahəsində dəfələrlə beynəlxalq səviyyədə qiymətləndirilib. Ölkəmiz sürətli poçt xidmətlərinin (EMS) göstərilməsi üzrə müxtəlif illərdə ÜPİ tərəfindən Gümüş və Qızıl səviyyəli sertifikatlarla təltif olunub.





Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 Aprel 2020

08 04 2020

08/04/20
Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunun lideridir

Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunda lider mövqeyində qərarlaşıb.  

08/04/20
“Microsoft” dünyada ən təhlükəli domeni satın alıb

“Microsoft” şirkəti dünyada ən təhlükəli hesab edilən “corp.com” domenini satın alıb. “Windows” əm

08/04/20
“OnMail” xidməti elektron poçt qutularının əsas problemini həll edəcək

Messencerlərin populyarlaşmasına baxmayaraq, elektron poçt xidmətləri əvvəlki kimi əsas internet ünsiyyət

08/04/20
Koronavirus pandemiyasına görə “Computex” sərgisi təxirə salınıb

Rəqəmli texnologiyalar dünyasında növbəti populyar illik sərgi koronavirus pandemiyasına görə təxirə salınıb.

08/04/20
“Samsung Galaxy S7” və “Galaxy S7 Edge” üçün proqram yeniləmələrinin buraxılışı dayandırılıb

“Samsung” şirkəti 2016-cı ilin qabaqcıl smartfonları “Galaxy S7” və “Galaxy S7 Edge” üçün p

08/04/20
“Microsoft” ilk tətbiqi kvant kompüter yaradan startapa investisiya qoyub

“Microsoft” şirkəti bir neçə ildir kvant kompüterlər üzərində çalışır. Ötən il şirkət kvant hesablamala

08/04/20
Elastik “Samsung Galaxy Z Flip” smartfonunun “5G” versiyası buraxılacaq

Elastik ekranla təchiz edilən innovativ “Samsung Galaxy Z Flip” smartfonunun hazırkı versiyası yalnız “4G

08/04/20
“Microsoft” 2021-ci ilin iyulunadək bütün tədbirləri onlayn rejimdə keçirəcək

Koronavirus pandemiyası texnologiya şirkətlərini 2020-ci ilin yaz və yay aylarına planlaşdırılmış ictimai

08/04/20
Çin ilk dəfə patent müraciətlərinin sayına görə ABŞ-ı ötüb

Çin tarixdə ilk dəfə olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatına verilmiş beynəlxalq patent müraciətlərin

08/04/20
Pandemiya dövründə ən populyar haker hücumları məlum olub

“Trend Micro Incorporated” şirkəti koronavirus (COVID-19) pandemiyası dövründə kibertəhlükələr haqqında y