12px13px15px17px
Tarix:11/10/18

Yeni “Xiaomi” qurğusu “4K” formatını dəstəkləyir

“Xiaomi” şirkəti yenilənmiş “Mi Box S” televizor qurğusunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, qiyməti 60 dollar təşkil edən yeni qurğu çoxlu quraşdırılmış “Google” məhsullarına malikdir, “HDR” standartlı təsviri saniyədə 60 kadr sürətində olmaqla “4K” təsvir ölçüsündə göstərir və “Dolby DTS” çoxkanallı səs formatını dəstəkləyir.

Məlumata görə, “Xiaomi Mi Box S” çoxnüvəli alt qrafik sistemli dördnüvəli prosessor, 2 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş və “Bluetooth 4.2” dəstəyi ilə təchiz edilib. Televizor qurğusunda 1 “HDMI 2.0A” və “USB 2.0” portu və audioçıxış nəzərdə tutulub. Əvvəlki “Xiaomi” mediapleyer modelləri kimi, yeni qurğu ən son “Android TV” versiyasının idarəetməsi ilə işləyir.

Qurğu dəstinə üzərində “Netflix” onlayn kinoteatrı və televizor kanallarına keçid üçün ayrı-ayrı düymələrin quraşdırıldığı məsafədən idarəetmə pultu daxildir.

ABŞ-da “Xiaomi Mi Box S” üçün artıq ilkin sifarişlər qəbul edilir. Qurğunun tədarüklərinə isə oktyabrın 19-dan etibarən başlamaq nəzərdə tutulur.

Nizam Nuriyev





Baxış sayı: 233

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2018

20 10 2018

20/10/18
“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək

“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış

20/10/18
“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar təqdim edəcək

“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar üzərində işləyir. 

20/10/18
Kriptovalyuta əldə etmək üçün “iPhone”a virus hücumlarının sayı 400% yüksəlib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point” kibertəhdidlərə həsr edilm