12px13px15px17px
Tarix:11/10/18

“Baku Open Cyber Cup” turnirinə qeydiyyat başlanır

Bu gündən etibarən "İnnovasiya həftəsi" çərçivəsində təşkil ediləcək "Baku Open Cyber Cup" kiber idman turnirinə qeydiyyat başlanır.
 
Cari ilin 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və "Microsoft Azerbaijan" şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə "Xbox" platformasında iki oyun növü "FIFA 19" və "Mortal Kombat" üzrə yarışlar təşkil olunacaq.
 
Turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs müvafiq qeydiyyat formasını (http://www.cybersport.az/tournaments/BakuOpen2018/BakuOpenRegistrationForm.doc) doldurub elektron poçt vasitəsilə 19 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Kiber İdman Federasiyasına (info@cybersport.az) təqdim etməlidir.
 
Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı 28 oktyabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə gücünü sınayacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdiriləcək.
 
Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcək.





Baxış sayı: 177

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Oktyabr 2018

20 10 2018

20/10/18
“Samsung” 7 nm-lik texnoloji proses üzrə prosessor istehsal edəcək

“Samsung” şirkətinin rəsmisi bildirib ki, 7 nm-lik “7LPP” texnologiyası üzrə hazırlanmış

20/10/18
“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar təqdim edəcək

“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar üzərində işləyir. 

20/10/18
Kriptovalyuta əldə etmək üçün “iPhone”a virus hücumlarının sayı 400% yüksəlib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point” kibertəhdidlərə həsr edilm