12px13px15px17px
Tarix:31/10/11

“ASUS” analitikləri pərt edib

Tayvanın “Asustek Computer İnc” (ASUS) kompyuter istehsalçısının üçüncü rüb üzrə xalis gəliri analitiklərin proqnozlarını üstələyib. Bununla belə 2011-ci ilin son rübünün nəticələri elə də güclü olmayacaq.

Şirkət dördüncü rübdə 4,1 milyon noutbuka qədər tədarük proqnozlaşdırır. “ASUS” markası altında netbukların tədarükləri 1,2 milyon təşkil edəcək. Bu göstərici isə iyul-sentyabr dövründəki nəticədən 100 min azdır.

“ASUS” şirkətinin xalis gəliri 4,68 milyard Tayvan dolları (təxminən 156,7 milyon dollar) təşkil edib. Bu göstərici keçənilki nəticədən 9,4% azdır. Qeyd edək ki, analitiklər 4,4 milyard ölçüsündə Tayvan dolları proqnozlaşdırmışdılar.



Baxış sayı: 674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024