12px13px15px17px
Tarix:19/10/18

“Qlobal İnfluenser Günü”nün proqramı açıqlandı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçiriləcək "İnnovasiya həftəsi" çərçivəsində baş tutacaq "Qlobal İnfluenser Günü" ("Global İnfluencer Day") tədbirin proqramı bəlli oldu.
 
İlk olaraq, "Qlobal İnfluenser Günü"nün təşkilatçıları – "Keepface DMCC" və "FA International Trade Events" – oktyabrın 26-da jurnalistlərlə görüşərək tədbirə son hazırlıq işləri ilə tanış edəcək və suallarını cavablandıracaqlar. Bu görüş saat 11:00-da "Qafqaz City Hotel"-də baş tutacaq.
 
Əsas tədbirlər isə oktyabr 27-si səhər saat 8:00-dan etibarən Heydər Əliyev Mərkəzində start götürəcək. İştirakçıların sayının çoxluğunu nəzərə alaraq, saat 8:00-dan 9:30-dək qeydiyyat həyata keçiriləcək.
 
Tədbiri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açacaq.
 
Hamının səbirsizlik və maraqla gözlədiyi əsas çıxışçı, süni intellekt sahibi, robot "Sofiya" səhnəyə 10:05-də çıxacaq. Çıxışı bitirdikdən sonra "Sofiya" suallara cavab verəcək.
 
10:35-də "Keepface" qlobal influenser marketinq platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov tədbir iştirakçılarını tədbirin ideya və fəlsəfəsi barədə məlumatlandıracaqlar.
 
Saat 11:00-dan etibarən tədbir iki paralel panellərdə işini davam etdirəcək. Birinci paneldə İnfluenser Marketinqlə maraqlananlar "Google" təmsilçisi Nina Levçuk, kontent marketinq influenseri, "Forbes" jurnalının 10 top sosial media influenser siyahısında yer alan, avstraliyalı Ceff Bullas, Olena Dobrenskaya ("Vogue"), Tuqra Şükürova ("ADA") və Alper Çelenin çıxışlarını dinləmək imkanı əldə edəcəklər.
 
Data marketinqlə maraqlananlar isə paralel keçirilən ikinci paneldə "Booking.com"-dan Villem İsburker, Ehsan Cahandarpur ("Forbes Top 20 Growth Hacker"), Aytul Ercil ("Vispera"), Aytəkin Əliyeva ("Facebook") və Mövlan Paşayevin ("PwC") təqdimatları ilə tanış olacaqlar.
 
Saat 14:00-dan etibarən "Global İnfluencer Day" iki yeni və paralel keçirilən panellə işini davam edəcək. 16:30-a qədər dinləyiciləri Səyahət İnfluenserləri paneli, Dəb İnfluenserləri paneli, Kulinariya İnfluenserləri paneli, Startap və İnvestorlar panellərində maraqlı çıxışlar gözləyir. Həsən Cabbarov ("Paym.es"), Ömer Gurkan ("ETİB"), Orxan İsayev ("Dünya E-kommersiya Forumu"), Aleks Sudadze iştirakçılara elektron kommersiya və blokçeyn barədə məlumatlandırandan sonra, Aleks Graudienslə Məryam Tağıyeva blokçeyn üzərində işləyən "Keepface 3.0" layihəsini təqdim edəcəklər, sonda isə Samir Nuriyevin moderatorluq edəcəyi Blokçeyn paneli baş tutacaq.
 
Saat 17:00-da influenserlərin mükafatlandırma mərasimi başlanacaq. Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.
 
"Global İnfluencer Day" 28 oktyabrda "ADA" Universitetində yerli və xarici mütəxəssislərin iştirakı ilə 3 zalda paralel keçiriləcək praktiki məşqələlərlə işini başa vuracaq.
 
Qeyd edək ki, tədbirə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, "İnnovasiya Həftəsi", AMCHAM, Azərbaycan Konqreslər Bürosu, "ADA" Universiteti, CAMCA və CELA şəbəkələri, "Leo Burnet", "Mediamark", "Canvas", "Times Consulting", "Cinema Plus", "Marklab", "Adzone", "Alibayov Kommunikasiya və Konsaltinq", "Air Group", "Oxus", "Sereda Travel", "Azex" təşkilati dəstək göstərirlər.
 
"Global İnfluencer Day"-in baş tutması baş sponsor "Gilan Holding", bank sponsoru Azərbaycan Beynəlxalq Bankı, GSM sponsoru "Azercell" və digər sponsorlar "Astrolabs", "Vita1000", "iTicket.az", "Vitam", "SOCAR AQS", "Zeytun Bağları", "Qafqaz Hotels and Resorts", "pwc", "Sat Group", "Mars Academy", "Roof Academy", "Barattson", "Paym.es", "Prima.az" ilə mümkün olub.
 





Baxış sayı: 374

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024