12px13px15px17px
Tarix:19/10/18

“Samsung” şirkəti “Galaxy Book” adlı hibrid planşetinin yeni nəslini təqdim edib

“Samsung” şirkəti “Galaxy Book” adlı hibrid planşetinin yeni nəslini təqdim edib. “Galaxy Book” planşetinin birinci nəsli “Intel Core”  prosessoru ilə təchiz edilmişdi. “Galaxy Book 2” isə “Always Connected PC” kateqoriyasına aiddir, “Qualcomm Snapdragon 850” ARM prosessoru, 1 QB-lik “LTE” texnologiyası ilə təchiz edilib və “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy Book 2” planşeti “Full HD+” (2160x1440 piksel) təsvir ölçülü 12 düymlük “Super AMOLED” displeyi, 4 QB-lıq əməli yaddaş, 128 QB-lıq sərtgövdəli daşıyıcı, 8 və 5 meqapiksellik kameralar, “AKG” dinamikləri ilə təchiz edilib. “LTE Cat.18” və ikizolaqlı “Wi-Fi” (802.11 ac) dəstəklənir. 2 “USB Type-C” portu, “microSD” slotu və 3,5 mm-lik konnektor mövcuddur.
 
Avtonom iş vaxtı 20 saata bərabərdir. 2 noyabr 2018-ci il tarixində satışa çıxarılacaq planşetin qiyməti 999,99 ABŞ dolları təşkil edəcək. Tədarük dəstinə stilus və klaviatura daxildir.
 
Emil Hüseynov





Baxış sayı: 423

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024