12px13px15px17px
Tarix:20/10/18

“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar təqdim edəcək

“Huawei” şirkəti “5G” şəbəkəsini dəstəkləyən qatlanan smartfonlar üzərində işləyir. Bu haqda “Digital Trends” nəşrinə müsahibəsində şirkətin baş direktoru Riçard Yu deyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, o qeyd edib ki, “Mate 20X” oyun smartfonu – bu, qatlanan mobil qurğunun şablonudur. Bu qurğunun diaqonalı 7,2 düym təşkil edir.  Yunun sözlərinə görə, sözügedən cihazın ölçüsü böyük deyil və ondan istifadə etmək rahatdır.
 
Cari ilin sentyabrında “Huawei” şirkətinin baş direktoru Almaniyanın nüfuzlu “Die Welt” qəzetinə müsahibə verib və bildirib ki, qatlanan  smartfonlar kompüterləri əvəz edə biləcək.
 
Emil Hüseynov





Baxış sayı: 363

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024