12px13px15px17px
Tarix:25/10/18

Ən populyar smartfon rəngi hansıdır?

“Strategy Analytics” analitik şirkəti ABŞ, Şərqi Avropa, Çin və Hindistan istifadəçilərinin hansı smartfon rənginə üstünlük verməsini araşdırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, qara rəng beynəlxalq miqyasda ən populyar smartfon rəngi kimi birinciliyini qoruyub. İkinci yerdə gümüşü rəng qərarlaşıb. Digər rənglər tədricən fərqi azaldır və gümüşü və çəhrayı qızılı arasında fərq azalmağa doğru gedir.

Məlumata görə, rəyi soruşulanların yarısından çoxu qara və gümüşü, üçdə bir hissəsi isə çəhrayı qızılı və ağ rəngli qurğulara üstünlük verib.

Çin istifadəçiləri qara və gümüşüyə deyil,  digər rənglərə üstünlük verirlər. Bundan başqa, ABŞ və Çin qadınları çəhrayı qızılı rəngli smartfonları üstün tuturlar.

Nizam Nuriyev





Baxış sayı: 329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024