12px13px15px17px
Tarix:26/10/18

Artırılmış və virtual reallıq qurğuları bazarının həcmi ildə 53% yüksələcək

“Digitimes Research” tədqiqat şirkətinin proqnozuna görə, 5 il ərzində artırılmış və virtual reallıq şlemləri üzrə qlobal bazarın həcmi  hər il 52,7% yüksələcək və 2023-cü ildə 40 milyona yaxınlaşacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, 2018-ci ildə kompüter və ya başqa mənbələrə qoşulma olmadan işləyən avtonom virtual qurğular bazarda əsas istiqamətə çevrilib, çünki öz displeyi olmayan cihazların tədarükü virtual reallığın cəlbedici imkanları məhdud olduğuna görə kəskin azalıb. Bundan başqa, istehsalçılar kabellə işləyən virtual reallıq qarniturunun hazırlanmasını azaldıblar. Bu, belə məhsullarda olan məhdudiyyətlə izah edilir.
 
2018-ci ilin mayında “Qualcomm Snapdragon XR1” qarışıq reallıq platformasının istifadəyə verilməsi istehsalçılar tərəfindən avtonom  artırılmış və virtual reallıq aparatlarının işlənib hazırlanmasını sürətləndirməyə imkan yaradıb.
 
“International Data Corporation” (IDC) analitiklərinin proqnozuna əsasən, 2018-ci ildə qlobal bazara təxminən 4,2 milyon virtual və artırılmış reallıq  qurğusu tədarük ediləcək. Bu, 2017-ci illə müqayisədə 31% yüksəkdir. Yaxın 5 ildə sözügedən bazar ildə təxminən 88% yüksələcək və 2022-ci ildə 53,1 milyon göstəricisinə yaxınlaşacaq.
 
Emil Hüseynov





Baxış sayı: 460

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024