12px13px15px17px
Tarix:26/10/18

“İdeyadan Biznesə” startap turlarının respublika üzrə qalibləri seçildi

Bu ilin aprel ayından etibarən icrasına başlanılan "İdeyadan Biznesə" layihəsi çərçivəsində keçirilən startap turlarının finalı olub.

 

"İnnovasiya həftəsi" çərçivəsində  Heydər Əliyev Mərkəzində keçirilən final mərasimində dövlət rəsmiləri, nazirlər, ali təhsil müəssisələrinin rəhbərləri, startapçılar və tələbələr iştirak edib. 

 

Qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan innovativ məhsul və xidmətlərin nümayiş olunduğu "İnnoEkspo" sərgisinə  ekskursiya edib, "Azərmarka" MMC-yə məxsus stenddə sərgilənən marka və suvenirlərlə tanış olublar.

 

Daha sonra startap turunun final mərhələsi başlayıb. İlk öncə, 8 regionu əhatə edən startap marafonuna dair videorolik nümayiş olunub.

 

Təbdir iştirakçılarını salamlayan aparıcı  Murad Dadaşov çıxış üçün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə söz verib.

 

Layihənin reallaşdırılmasına dəstək olan Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə, Azərbaycan Gənclər Fonduna, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına, "Microsoft" və "Azercell" şirkətlərinə, eyni zamanda, ali təhsil müəssisələrinin rəhbərlərinə yaratdıqları şərait üçün təşəkkürünü bildirən nazir qeyd edib ki, 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. O bildirib ki, ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb.

 

"Ölkəmizin 16 ali, 3 ümumtəhsil müəssisəsində "İdeyadan Biznesə" layihəsi çərçivəsində startap turları keçirilib. Biz çox şadıq ki, gənclərimiz, tələbələrimiz innovativ inkişafa böyük maraq göstərirlər. Çünki müasir dövrdə innovativ düşüncəli gənclərə böyük ehtiyac var.  Məhz bu səbəbdən ölkəmizdə gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə xüsusi önəm verilir.

 

Bugünkü  tədbir onu göstərir ki, gənclərimiz informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyalarının reallaşdırılması üçün də istifadə edirlər. Bildiyiniz kimi, nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nazirlik  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı vasitəsilə startaplara biznes ideyalarının reallaşdırılmasına dəstək verir. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşünmə tərzini inkişaf etdirmək, gəncləri aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçiririk" - deyə vurğulayıb.

 

Nazir layihə çərçivəsində nazirliyin koordinatorluğunda informasiya və kommunikasiya texnologiyaları sahəsində "İnvestorlar klubu" yaradıldığını da xatırladıb. O bildirib ki, "İnvestorlar klubu" informasiya və kommunikasiya texnologiyaları sahəsində investisiya mühitinin yaxşılaşdırılması və özəl sərmayələrin düzgün istiqamətləndirilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin, eləcə də, innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

 

"Bu klub, həmçinin startapçıların ideyalarının reallaşdırılmasına dəstək ola bilər. Biz startap hərəkatının daha da genişləndirilməsi,  ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və  inkişaf etdirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik" - deyə R.Quluzadə əlavə edib.

 

Daha sonra nazir finalda yarışacaq komandalara  uğurlar arzulayıb.  

 

Tədbirin davamında 15 finalçı müəyyən olunmuş ardıcıllıq üzrə layihələrini 3 dəqiqə ərzində münsiflər heyəti qarşısında təqdim etdikdən sonra onlara ünvanlanmış sualları cavablandırıblar.

 

Təqdimatlardan sonra bütün komandalar startap turunda fəal iştiraklarına görə sertifikatlarla təltif edilib.

 

Münsiflər heyətinin qərarı ilə startap turunun respublika üzrə qalibləri "Gonex", (I yer) " Smart Reaktor" (II yer)  və "Noahland" (III yer) komandaları olub.

 

"Gonex" – Bakı Mühəndislik Universitetinin tələbələrinin layihəsidir.


İnformasiya Texnologiyaları  üzrə onlayn və real layihələr üzərində çalışaraq təcrübə əldə edə bilmək üçün unikal platformadır.


Sumqayıt şəhərini təmsil edən  "Smart Reaktor" layihəsi isə tullantılardan alternativ enerji əldə edilməsinə yönəlib.


Naxçıvanı təmsil edən  "NoahLand" layihəsi ekstremal idman növlərinin və düşərgələrin bir portalda cəmləşdirilməsinə xidmət edir.


I yerin qalibi 10 min manat, II yerin qalibi 5 min, III yerin qalibi isə 2 min 500 manat məbləğində mükafatlandırılıb.


"Azercell", "Microsoft Azərbaycan" şirkətləri və "Kapital Bank" startapçılar arasından ən çox bəyəndikləri layihələrə hədiyyələr təqdim ediblər.


Belə ki, "Azercell" şirkəti "Mayak", "Microsoft" şirkəti "Xilaskar Qolbaq", "Kapitalbank" "Şəki tur" və "Guide to" layihəsini seçərək  mükafatlandırıb.


Milli finalda qalib gələcək layihə sahibləri 4-7 dekabr tarixlərində təşkil ediləcək  24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə ediblər.


"İdeyadan Biznesə" layihəsi çərçivəsində startap turlarının növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.












































Baxış sayı: 354

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Yanvar 2019

23 01 2019

23/01/19
Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar 

23/01/19
“Xiaomi” şirkətinin prezidenti ilk bükülən smartfon nümayiş etdirib

Çinin “Xiaomi” şirkətinin prezidenti Lin Bin yanvarın 23-də “Weibo” sosial şəbəkəsindəki səhifəsində 

23/01/19
Kripto cüzdanlara müdaxilə edən yeni virus aşkar edilib

"Doktor Veb" şirkətinin mütəxəssisləri tərəfindən kriptovalyuta cüzdanlarından parolları oğurlayan kompüter 

23/01/19
“Google Play” mağazasında saxta “GPS” mobil proqramlar aşkarlanıb

“Eset” antivirus şirkəti “Google Play” mağazasında 50 milyon dəfədən çox yüklənilən 15-ə yaxın 

23/01/19
Yeni “Samsung” smartfonlarına oyunları sürətləndirən texnologiya tətbiq ediləcək

Avropada Cənubi Koreyanın “Samsung” şirkətinin “Neuro Game Booster” adlı texnologiya üçün 

23/01/19
“Apple” 2020-ci ildə LCD displeylərindən imtina edəcək

“Apple” korporasiyası 2020-ci ildən etibarən smartfonlarda LCD (maye kristal) ekranların tətbiqindən 

23/01/19
“iPhone” smartfonu əsasında noutbuk yaradılacaq

“Apple” şirkəti “iPhone” smartfon modeli əsasında noutbukun yaradılması üsulunu təsvir edən 

23/01/19
“Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı smartfon məlum olub

“Lenovo Z5 Pro GT” cihazı “Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı 

23/01/19
“WhatsApp”ın fəaliyyətində qlobal nasazlıq yaranıb

“WhatsApp” messencerinin istifadəçiləri nasazlıqla üzləşiblər. ICTnews” Elektron Xəbər Xidməti