12px13px15px17px
Tarix:27/10/18

“Android Pie Go” sistemli ilk smartfon hansı olacaq?

“Vivo Go” sadələşdirilmiş “Android Pie Go” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk smartfon olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, smartfon 720×1440 piksel təsvir ölçülü 6 düym diaqonallı ekran, “MediaTek 6739” prosessoru, 64 giqabaytadək genişləndirmə imkanına malik “MicroSD” kartını dəstəkləyən 1+16 giqabaytlıq yaddaş, 2600 milliamper/saat tutumlu akkumulyator, 8+8 meqapikselli əsas kamera ilə təchiz ediləcək. ABŞ-da qiyməti 89,99 dollar təşkil edəcək qurğunun noyabrda satışa çıxarılması planlaşdırılır.

Qeyd edək ki, “Android Go” zəif texniki xüsusiyyətlərə malik smartfonlar üçün populyar əməliyyat sisteminin sadələşdirilmiş versiyasıdır. O, iritutumlu operativ yaddaş və güclü prosessor tələb etmir. Bundan başqa, əməliyyat sisteminə “YouTube”, “Google Maps”, “Gmail” və s. kimi sadələşdirilmiş “Google” əlavə paketləri daxildir.

Nizam Nuriyev





Baxış sayı: 412

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024