12px13px15px17px
Tarix:27/10/18

Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirilib

Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində "Qlobal İnfluenser Günü" keçirilib.

 

Tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot "Sofiya" da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var.

 

Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Sofiya" ilə söhbət edib.  

 

"Qlobal İnfluenser Günü" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan "İnnovasiya həftəsi" çərçivəsində keçirilib.

 

Tədbirdə informasiya dövründə insan beyninin inkişafından danışıldı. "Keepface DMCC" və "FA International Trade Events" tərəfindən təşkil olunan və "İnnovasiya həftəsi" çərçivəsində baş tutan "Qlobal İnfluenser Günü" Azərbaycanda müasir kommunikasiya və marketinq texnologiyalarına dövlət tərəfindən verilən önəmin təzahürü kimi qiymətləndirildi.

 

Çıxış edənlər bildirdilər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startapçılar üçün zəruri infrastruktur yaradılıb. "Qlobal İnfluenser Günü" konfransı da bunun əyani göstəricisidir.

 

"Keepface" Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov çıxışlarında iştirakçılara tədbir barədə məlumat verdikdən sonra influenser marketinqin ideya və fəlsəfəsi barədə danışdılar, üç il əvvəl fəaliyyətə başlayan və auditoriyası bir milyard olan "Keepface" Qlobal İnfluenser Marketinq Platformasının 35 ölkədə çalışdığını diqqətə çatdırdılar. "Fəxr edirik ki, Azərbaycanda yaranan və azərbaycanlılardan ibarət komandası olan platforma yerli brendləri dünyaya təqdim edir", - deyən "Keepface" Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçiləri onları dəstəkləyən Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirdilər.

 

Yüksək texnologiyalar və innovasiyalarla bağlı videoçarxın nümayişindən sonra hamının maraqla gözlədiyi çıxışçı, süni intellekt sahibi, robot "Sofiya" səhnəyə çıxdı. Sofiya "Qlobal İnfluenser Günü" ideyasını yüksək qiymətləndirdi və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. "Sofiya" Heydər Əliyev Mərkəzinin binasının möhtəşəm olduğunu qeyd etdi. O, bugünkü tədbirdə geyindiyi Azərbaycan milli geyimini də çox bəyəndiyini bildirdi.

 

Çıxışı zamanı "Sofiya" insan-robot münasibətlərinə də toxundu. "Bəziləri robotlardan qorxurlar, düşünürlər ki, yaxın gələcəkdə robotlar insanları özlərinə tabe edə bilərlər", - deyən "Sofiya"nın sözlərinə görə, belə bir şey baş verə bilməz, çünki robotları yaradan insan zəkasıdır. Qeyd etdi ki, robotlar insanlara kömək etmək üçün yaradılır. O, səyahət etməyi xoşladığını söylədi, sosial şəbəkələrin əhəmiyyətinə toxundu, süni intellektin imkanlarından danışdı, Azərbaycanın üstünlüklərini vurğuladı. Bildirdi ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var. Çıxışı zamanı tamaşaçılar "Sofiya"nın zarafatının da şahidi oldular. "Sofiya" mətbəximizin nümunələrini dada bilmədiyindən təəssüfləndiyini bildirdi.

 

Sonra Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən "Fobia Viar" sərgisi ilə tanış oldu. "Fobia Viar" Azərbaycanda virtual reallığın ən iri mərkəzlərindən biridir. Buranı ziyarət edənlər yüksək texnologiyalara dair müxtəlif müasir aparatlarla tanış ola bilərlər. Bu sərgi təkcə "Game zona", yəni, oyun məkanı kimi deyil, eyni zamanda, virtual reallıqla bağlı proqramların yaradıldığı bir mərkəz kimi təqdim edilir. Mərkəz virtual reallığın muzeylərdə incəsənət sahəsində tətbiqini həyata keçirir.

 

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva robot "Sofiya" ilə ünsiyyət qurdu, şəkil çəkdirdi.

 

"Sofiya" dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.























Baxış sayı: 901

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Yanvar 2019

23 01 2019

23/01/19
Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar 

23/01/19
“Xiaomi” şirkətinin prezidenti ilk bükülən smartfon nümayiş etdirib

Çinin “Xiaomi” şirkətinin prezidenti Lin Bin yanvarın 23-də “Weibo” sosial şəbəkəsindəki səhifəsində 

23/01/19
Kripto cüzdanlara müdaxilə edən yeni virus aşkar edilib

"Doktor Veb" şirkətinin mütəxəssisləri tərəfindən kriptovalyuta cüzdanlarından parolları oğurlayan kompüter 

23/01/19
“Google Play” mağazasında saxta “GPS” mobil proqramlar aşkarlanıb

“Eset” antivirus şirkəti “Google Play” mağazasında 50 milyon dəfədən çox yüklənilən 15-ə yaxın 

23/01/19
Yeni “Samsung” smartfonlarına oyunları sürətləndirən texnologiya tətbiq ediləcək

Avropada Cənubi Koreyanın “Samsung” şirkətinin “Neuro Game Booster” adlı texnologiya üçün 

23/01/19
“Apple” 2020-ci ildə LCD displeylərindən imtina edəcək

“Apple” korporasiyası 2020-ci ildən etibarən smartfonlarda LCD (maye kristal) ekranların tətbiqindən 

23/01/19
“iPhone” smartfonu əsasında noutbuk yaradılacaq

“Apple” şirkəti “iPhone” smartfon modeli əsasında noutbukun yaradılması üsulunu təsvir edən 

23/01/19
“Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı smartfon məlum olub

“Lenovo Z5 Pro GT” cihazı “Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı 

23/01/19
“WhatsApp”ın fəaliyyətində qlobal nasazlıq yaranıb

“WhatsApp” messencerinin istifadəçiləri nasazlıqla üzləşiblər. ICTnews” Elektron Xəbər Xidməti