12px13px15px17px
Tarix:30/10/18

Ən tutumlu sərt disk təqdim edilib

“Western Digital” şirkəti dünyanın ən tutumlu sərt diskini təqdim edib. “Ultrastar DC HC620” modeli 15 terabaytadək məlumat saxlamağa imkan verir ki, bu da əvvəlki liderin göstəricisindən 1 terabayt çoxdur. 12 Qbit/saniyə “SAS” (Serial Attached SCSI) interfeysli və 7 Qbit/saniyə “SATA” interfeysli iki versiyadan istifadə etmək olar.  

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, 3,5 düymlük standart form faktorda düzəldilən qurğu kommersiya istifadəsi üçün nəzərdə tutulub.

Məlumata görə, bərkcisimli toplayıcıda “Shingled Magnetic Recording” (SMR) və “HelioSeal” texnologiyaları tətbiq edilib. Birincisi hər toplayıcı üçün informasiyanın yazılması zamanı qonşu zolaqların qismən bağlanılmasını və saxlanılma sıxlığı və ümumi tutumun artımını təmin edir. İkincisi isə heliumdan istifadəni nəzərdə tutur ki, bu da konstruksiyanın germetikliyinə zəmanət verir.

Nizam Nuriyev





Baxış sayı: 272

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024