12px13px15px17px
Tarix:01/11/18

“Kepler” aparatı rəsmən fəaliyyətini dayandırıb

İlk dəfə Günəş sistemindən kənarda planetlərin mövcudluğunu kəşf edən “Kepler” orbital teleskopu doqquzillik missiyadan sonra rəsmən fəaliyyətini dayandırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, teleskop gözləmə rejiminə keçdikdən bir neçə həftə sonra ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) nümayəndələri “Kepler” aparatının yanacağının tam tükəndiyini təsdiq ediblər. Mühəndislərin sözlərinə görə, hazırda istismar müddəti başa çatan kosmik aparat Yer kürəsindən uzaqda təhlükəsiz orbitdədir.

Qeyd olunur ki, 2009-cu ilin martında orbitə çıxarılan “Kepler” kosmik aparatı ulduzların işıqlılığının mütəmadi azalmasını müşahidə etməklə ekzoplanetlərin axtarışı ilə məşğul olub. Qalaktikada planetləri tədqiq edən ilk kosmik gəmi müşahidələr apardığı illər ərzində 2600-dən çox ekzoplanetin mövcudluğunu təsdiq edib. Teleskopun elmi məlumatları Günəş sistemində və ondan kənarda yerdənkənar həyatın axtarışı üzrə tədqiqatların başlanması üçün əsas yaradıb. “Kepler” sübut edib ki, kosmosda bəşəriyyətin təsəvvür etdiyindən daha çox yaşayış üçün potensial yararlı planetlər mövcuddur. “NASA”-nın məlumatına görə, kosmik teleskop son müşahidə missiyasının məlumatlarını Yerə oktyabrın əvvəlində ötürüb. Hazırda informasiya agentliyin arxivində saxlanılır və ondan istifadə hamı üçün açıqdır.

Nizam Nuriyev





Baxış sayı: 310

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024