12px13px15px17px
Tarix:01/11/11

Qrafik kontrollerlər bazarının əsas oyunçusu dəyişir

“Jon Peddie Research” şirkəti 2011-ci ilin üçüncü rübü üzrə qrafik kontrollerlər bazarında qüvvələr nisbətini qiymətləndirib.

Diskret videokartlar, inteqrasiya edilmiş qrafik kontrollerlərlə olan çipsetlər və inteqrasiya edilmiş videonüvə ilə olan hibrid prosessorların tədarükləri illik hesablamada 18,4% artıb. 2011-ci ilin ikinci rübü ilə müqayisədə artım 16.7% təşkil edib.

“İntel” korporasiyası ən böyük təchizatçı olaraq qalır. İkinci nəsil (Sandy Bridge platforması) “Core” çipləri sayəsində korporasiya payını cari ilin ikinci rübündəki 54,8%-dən üçüncü rübdə 60,4%-ə qədər artıra bilib.

İkinci yerdə olan “AMD” şirkəti mövqeyini itirir: şirkətin payı 24,4%-dən 23,0%-ə qədər azalıb. “Nvidia” üçlüyü tamamlayır. Onun payı rüblük hesablamada 20.1%-dən 16.1%-ə qədər azalıb.

Digər qrafik kontrollerlər istehsalçılarının ümumi payı təxminən 0,5% təşkil edir. Ümumilikdə, üçüncü rübdə 138,5 milyon videoadapter satılıb. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 21.5 milyon çoxdur.



Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024