12px13px15px17px
Tarix:05/11/18

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçildi. Beləliklə, Azərbaycan BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Qeyd edək ki, MDB regionundan yalnız Azərbaycan və Rusiya Şuraya üzv seçilib.
 
Respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində 2-ci dəfə BTİ Şurasına üzv seçilən iki ölkədən biridir.
 
Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olan dövlətlərin sayı 193-dür.
 
Noyabrın 5-də keçirilən seçkilərdə ikinci dəfə Şuraya üzv seçilən Azərbaycan C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini irəli sürmüşdü.
 
Ölkəmiz bu qrupda Rusiya, Polşa, Bolqarıstan, Çexiya, Rumıniya və Qırğızıstan ilə rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Çexiya da Şuraya üzv seçilib.
 
BTİ-nin Radio Tənzimləmə Komitəsinə C regionundan Azərbaycanın namizədi Sahibə Həsənova 115 səslə seçilib. O, C regionu üzrə 4 namizəddən biri idi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı olan S.Həsənova radiorabitə sahəsində ixtisaslı mühəndisdir.
 
Aparılan ikitərəfli və çoxtərəfli danışıqlar, geniş təbliğat nəticəsində ölkəmizin Şuraya üzvlüyü seçki yolu ilə təmin olunub.
 
1992-ci ildən fəal üzv kimi, BTİ-nin bütün təşəbbüslərində yaxından iştirak edən Azərbaycan ilk dəfə 2014-cü ildə Şuraya üzv seçilib.
           
            Ölkəmizin Şuraya namizədliyinin dəstəklənməsi və aidiyyəti işlərin aparılması üçün 29 oktyabrdan öz işinə başlayan Səlahiyyətli Konfransda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
 
Eyni zamanda, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də konfransın əsas plenar iclasında çıxış edib və bir sıra ölkələrin sahə üzrə nazirləri ilə görüşüb.
 
Seçkilərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xüsusi dəstək göstərib.
 
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan BTİ hər 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və İnzibati Şura tərəfindən idarə olunur.
 
Şura Birliyin ali orqanıdır.
Səlahiyyətli Konfrans isə BTİ-nin fəaliyyət istiqamətlərini müəyyən edən qərarverici orqan hesab olunur.
 
Bu il Səlahiyyətli Konfrans Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilir və öz işini noyabrın 16-dək davam etdirəcək.













Baxış sayı: 19

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Sentyabr 2019

17 09 2019

17/09/19
Populyar routerlərdə ciddi boşluqlar aşkar edilib

Populyar ev və korporativ marşrutlayıcı modelləri, həmçinin “Əşyalar interneti” qurğularında

17/09/19
“Volocopter” şirkəti hava taksisini şəhər şəraitində sınaqdan keçirir

“Volovopter 2x” çəkisi 160 kq-dan çox olmayan iki nəfərin daşınması 

17/09/19
Edvard Snouden vəzifəli şəxsləri “WhatsApp”dan istifadədən çəkinməyə çağırıb

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden dövlətlərdə yüksək

17/09/19
İlk “Motorola” televizorları buraxılıb

Smartfon istehsalçısı kimi tanınan “Motorola” şirkəti televizorlar bazarına daxil olaraq “Motorola TV” brendli ilk mode

17/09/19
“Wi-Fi Alliance” təşkilatı “Wi-Fi 6” standartını istifadəyə verib

“Wi-Fi 6” standartının istifadəyə verilməsi internetə qoşulma sürətini 

17/09/19
Süni intellektli ilk peyk buraxılışa hazırdır

Bir neçə aydan sonra süni intellektlə təchiz edilən ilk Avropa peykinin buraxılışı gözlənilir.

17/09/19
Yeni “Vivo” smartfonu 64 meqapiksellidir

Çinin “Vivo” şirkəti yeni “Nex 3” smartfonunu nümayiş etdirib.