12px13px15px17px
Tarix:06/11/18

Elastik ekranlı ilk smartfon nümayiş olunub

Çinin “Royole” şirkəti elastik ekranı ilə seçilən “FlexPai” smartfonunu nümayiş etdirib. Qurğu dünyada ilk kommersiya elastik smartfonu hesab edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, smartfonu yararsız hala düşənədək iki yüz min dəfədən çox əymək və yenidən düzəltmək mümkündür.

Qurğunun texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, onun dünyada analoqu olmadığı qeyd edilir.

Məlumata görə, smartfonun elastik ekranı “AMOLED” texnologiyası (çoxtəbəqəli elastik strukturda yerləşən üzvi işıq diodları) üzrə hazırlanıb.

Satışlarına ilin sonunda başlanacaq “FlexPai” smartfonunun təxmini qiyməti operativ yaddaşın və məlumat saxlancının tutumundan asılı olaraq 1400-1550 avro təşkil edəcək.

Nizam Nuriyev





Baxış sayı: 326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024