12px13px15px17px
Tarix:06/11/18

Prezident Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında Fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb.
 
Fərmanda deyilir:
 
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra — Nazirlik) tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi (bundan sonra — Agentlik) yaradılsın.
 
2. Müəyyən edilsin ki, Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.
 
3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
 
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
 
3.1.1. Agentliyin nizamnaməsinin və strukturunun təsdiqi;
 
3.1.2. Agentliyin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
 
3.1.3. Agentliyin icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
 
3.1.4. Agentliyin yenidən təşkili və ləğv edilməsi;
 
3.2. Nazirliyə:
 
3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
 
4. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Nazirliyin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətlərini davam etdirsinlər.
 
5. Nazirlik:
 
5.1. Agentliyin nizamnaməsinin və strukturunun layihələrini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
5.2. bu Fərmanın 2-ci hissəsində göstərilən fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş mexanizmlərin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
5.3. Agentliyin yaradılmasından irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər görsün.
 
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
6.4. Nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etsin;
 
6.5. hər il dövlət büdcəsi tərtib edilərkən Agentliyin fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin;
 
6.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
7. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Agentliyə lazımi kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər.
 
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
 





Baxış sayı: 632

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Aprel 2019

20 04 2019

20/04/19
"Azərpoçt"MMC problemli kredit sahiblərinə 2 formada kompensasiya verəcək

Aprel ayının 22-dən etibarən problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar 

20/04/19
Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır

Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan “BlackBerry Messenger”in fəaliyyəti dayandırı

20/04/19
Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb

Bill Qeytsin varidatı 20 ildə ilk dəfə 100 milyard dolları ötüb

20/04/19
“Instagram”da layklar ləğv edilə bilər

“Instagram” xidməti paylaşımların altındakı “layk”ların sayını gizlədə bilər