12px13px15px17px
Tarix:07/11/18

“Samsung” şirkəti “8K” formatlı “QLED” televizorlarının istehsalına başlayır

“Samsung Electronics” şirkəti Rusiyada dünyada ilk “QLED Q900R 8K” televizorlarının istehsalına başlayır. Şirkətin Kaluqa vilayətində yerləşən zavodu yerli bazar üçün 75 və 85 düym diaqonallı modellər istehsal edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, yeni modellər üçün ilkin sifarişlərin qəbulu noyabrın 20-dək “Samsung” şirkətinin rəsmi saytında aparılır. Televizorların noyabrın sonunda satışa çıxarılması nəzərdə tutulur. 75 düymlük modelin təxmini qiyməti 10600 dollar, 85 düymlüyün isə 22730 dollar təşkil edəcək.

Məlumata görə, televizorlar süni intellekt vasitəsilə videonun təsvir ölçüsünü “8K” formatınadək genişləndirməyə imkan verən “8K AI Upscaling” funksiyası ilə təchiz edilib. “8К” keyfiyyətinin təmini üçün “Samsung Q900R” televizorlarında təsviri 4 min kd/m2 işıq parlaqlığında göstərməyə imkan verən “Real 8K Resolution” texnologiyasından istifadə olunur.

Bildirilir ki, ekranda piksellərin sayı “4K UHD” formatlı televizorları 4 dəfə, “Full HD” standartlı modelləri isə 16 dəfə üstələyir. Dinamik metaməlumatları dəstəkləyən “HDR 10+” standartından istifadə edən “Q HDR 8K” funksiyası parlaqlıq səviyyəsini optimallaşdırmağa və rəngötürməni yaxşılaşdırmağa imkan verir.  

Bundan başqa, “Ambient Mode” rejimi ekranda televizora baxılmayan zaman havanı, xəbərləri, təsvirləri, fotoşəkilləri və ya kollajları nümayiş etdirməyə şərait yaradır.

Qeyd edək ki, “QLED” Cənubi Koreyanın “Samsung” şirkətinin əvvəllər “Quantum Dot” adlanan televizor istehsal xəttinin adıdır. Bu abreviatura “OLED” - üzvi işıq diodları texnologiyasına uyğun yaradılıb.

Nizam Nuriyev





Baxış sayı: 421

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Noyabr 2018

13 11 2018

13/11/18
Superkompüterlərin yeni reytinqi dərc edilib

Bir neçə gün əvvəl dünyada ən məhsuldar superkompüterlərin yeni reytinqi dərc edilib

13/11/18
Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq

“Samsung” şirkətinin “Ponty” layihəsi yeni televizor sahiblərinə onların işini beyin vasitəsilə idarə etməyə imkan verəcək

13/11/18
Ölkələr kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaqlar

Əllidən çox dövlətin və 150-dən çox texnoloji şirkətin nümayəndələri kiberməkanda cinayətkarlığa

13/11/18
Otağın həddindən çox isinməsinin qarşısını alan nazik plyonka hazırlanıb

ABŞ-da kondisionerlər təxminən 6% elektrik enerjisi sərf edir

13/11/18
Alimlər: “Smartfonlar ekologiyaya böyük ziyan vurur”

Kanadanın Makmaster Universitetinin mütəxəssisləri smartfonların istehsalı zamanı əmələ gələn zərərli tullantılar

13/11/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16.11.2018-ci il tarixində 

13/11/18
“Twitter” istifadəçilərə mesajları redaktə etməyə imkan verəcək

“Twitter” sosial şəbəkəsi istifadəçilərə dərc edilmiş mesajları redaktə etməyə imkan verəcək

13/11/18
“Intel” şirkəti “iPhone” modellərində quraşdırılacaq “5G” modemini təqdim edib

“Intel” şirkəti gələcək “iPhone” modellərində quraşdırılacaq beşinci nəsil mobil rabitə standartını (5G) dəstəkləyən “XM