12px13px15px17px
Tarix:13/11/18

“Intel” şirkəti “iPhone” modellərində quraşdırılacaq “5G” modemini təqdim edib

“Intel” şirkəti “iPhone” modellərində quraşdırılacaq “5G” modemini təqdim edib
 
“Intel” şirkəti gələcək “iPhone” modellərində quraşdırılacaq beşinci nəsil mobil rabitə standartını (5G) dəstəkləyən “XMM 8160” modemini təqdim edib.
  
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger www.macdigger.ru” resursuna istinadən yazır ki, modemin əksər qurğulara, o cümlədən smartfon, planşet və kompüterlərə quraşdırılacağı gözlənilir. Onun maksimal sürəti 6 Qbit/saniyə təşkil edəcək ki, bu da müasir “LTE” modemlərindən 3-6 dəfə sürətlidir. “XMM 8160” bir neçə “5G”, eləcə də “4G”, “3G” və “2G” standartını dəstəkləyir.
 
“Intel” nümayəndələrinin sözlərinə görə, “XMM 8160” modeminin kütləvi istehsalına 2019-cu ilin ikinci yarısında başlanacaq, modemlə təchiz edilən qurğular isə 2020-ci ildə satışa çıxarılacaq. Şayiələrə görə, “5G” standartlı ilk “iPhone” modeli 2020-ci ildə istehsal ediləcək.
 
Bundan başqa, 2019-cu ildə “Samsung” və “Huawei” şirkətlərinin “Qualcomm Snapdragon X50” prosessorlu deyil, “5G” modemləri dəstəkləyən smartfonlar təqdim edəcəyi ehtimal olunur.
 
Nizam Nuriyev




Baxış sayı: 317

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024