12px13px15px17px
Tarix:20/11/18

“Instagram” istifadəçi parollarının əlçatan olması barədə informasiyanı təkzib edib

“Instagram” istifadəçilərinin parollarının müəyyən vaxt ərzində veb-brauzerin ünvan sətrində göstərilməsinə baxmayaraq, bu informasiya kənar şəxslər üçün əlçatmaz olub. Bu haqda şirkətin mətbuat xidməti məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, bundan əvvəl KİV-də dərc edilmiş yazılara görə, sistemdə baş vermiş səhvə görə “Instagram” istifadəçilərinin parolları açıq girişdə əlçatan olub.
 
“Şəxsi məlumatlarınızı yükləyin” funksiyasından istifadə zamanı “Instagram” istifadəçilərinin parolları müvəqqəti olaraq veb-brauzerin ünvan sətrində görsənib. Amma kənar şəxslər parolları görməyib və oxşar vəziyyətin təkrarlanmaması üçün lazımi dəyişiklikləri etdik" – “Instagram”ın nümayəndəsi deyib.
 
“Instagram” – 2010-cu ildə ABŞ-da Kevin Sistrom və Mayk Kriqer tərəfindən hazırlanmış sosial şəbəkə elementlərinə malik şəkil və videolarla  mübadilə üçün pulsuz mobil proqramdır. 2012-ci ildə “Facebook” sözügedən xidməti 1 milyard dollara satın alıb.
 
Emil Hüseynov





Baxış sayı: 670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024