12px13px15px17px
Tarix:21/11/18

“Sony” şirkəti neyron şəbəkəsinin təlim sürəti üzrə yeni rekorda imza atıb

Honkonq alimləri bu yaxınlarda “ResNet-50” neyron şəbəkəsinin təlim müddətini 6,6 dəqiqəyədək azaltmağa nail olublar. Lakin yapon alimləri bu göstəricini 224 saniyəyədək yaxşılaşdırıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, tədqiqatçı və mühəndislər üçün neyron şəbəkəsinin təlim müddəti xüsusilə irimiqyaslı layihələr zamanı vacib  göstəricidir. “Sony” şirkətinin alimləri bu təlimi 43,4% daha effektiv etməyə imkan verən üsul tapıblar.
 
Alimlər sınaqlar zamanı “ImageNet” şəkil bazası əsasında şəkillərin tanınmasını öyrənən “ResNet-50” neyron şəbəkəsinin alqoritmi üzərində işləyiblər. Yapon mühəndisləri effektivliyi yüksəltmək üçün kiçik paketləri birləşdirməklə məlumatların ötürülməsini optimallaşdırıblar. Bundan başqa, “Sony” şirkətinin mütəxəssisləri şəbəkə topologiyasına önəm veriblər.
 
Emil Hüseynov





Baxış sayı: 446

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024