12px13px15px17px
Tarix:21/11/18

“Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr” mövzusunda seminar keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə cari ilin 15-16 noyabr tarixlərində Avropa İttifaqının TAİEX yardım aləti çərçivəsində "Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr" mövzusunda seminar keçirilib.

 

Seminar nazirliyin Elektron Təhlükəsizlik Xidməti tərəfindən TAİEX yardım aləti çərçivəsində təqdim olunmuş layihə əsasında reallaşıb.

 

Tədbirin məqsədi kibertəhlükəsizlik strategiyaları və onların həyata keçirilməsi üzrə tədbirlər planlarının hazırlanmasında Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi, həmçinin, ölkə qanunvericiliyinin Avropa direktivlərinə uyğunlaşdırılması ilə bağlı müzakirələrin təşkili olub. Seminarda, həmçinin, şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən fərdi məlumatların mühafizəsinə dair müzakirələrə ("GDPR Regulation") geniş yer verilib.

 

Seminarda açılış nitqi ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib. Nazir müavini ölkəmizdə kibertəhlükəsizlik üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının qoşulduğu aidiyyəti beynəlxalq konvensiya və proqramlar, milli qanunvericilik bazasının inkişaf etdirilməsi üzrə aparılan işlər barədə ətraflı məlumat verib. Ölkəmizin ümumi inkişafında kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət ayrıldığını vurğulayan E.Vəlizadə nazirliyin və digər dövlət qurumlarının yaxından iştirakı ilə beynəlxalq təcrübə əsasında kibertəhlükəsizlik üzrə milli strategiyanın hazırlandığını bildirib.

 

Azərbaycan Respublikasına təyin olunmuş Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas kibertəhlükəsizlik üzrə Aİ-nin Azərbaycanla əməkdaşlığının  əhəmiyyətini vurğulayıb.

 

Daha sonra Almaniya, Polşa, Slovakiya və Estoniyanın sahə üzrə aparıcı ekspertləri Aİ-nin, o cümlədən öz ölkələrinin təcrübəsini bölüşüblər. Ekspertlər, həmçinin, e-imzaların qarşılıqlı tanınması ilə bağlı təqdimatlar ediblər.

 

Tədbir xarici ekspertlərin və iştirakçıların ətraflı müzakirələri ilə başa çatıb.











Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024