12px13px15px17px
Tarix:22/11/18

“Bakutel-2018” sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq "Bakutel-2018" 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar  sərgi-konfransı çərçivəsində "İdeyadan Biznesə" layihəsi çərçivəsində respublikamızın 8 bölgəsində keçirilən startap turları zamanı çəkilmiş illüstrativ rəsmlərin xeyriyyə hərracı keçiriləcək.

Hərracdan toplanmış vəsait "Birgə və Sağlam" İctimai Birliyində reabilitasiya keçən autizmli uşaqlara dəstək məqsədi ilə istifadə olunacaq.

 Qeyd edək ki, rəsmlər tanınmış illüstrator-rəssam Mahir Qafarov tərəfindən çəkilib.

"Birgə və Sağlam" İctimai Birliyi reabilitasiya mərkəzlərində psixi, əqli əlilliyi olan, xüsusi qayğıya ehtiyac duyan uşaqlara reabilitasiya və bərpa xidmətləri göstərilir.

Bildiyiniz kimi, bu cür xidmətlər müxtəlif dəstəklərlə həyata keçirilir. İnkişaf problemləri olan uşaqlar diaqnozlarına müvafiq olaraq bərpa proqramlarından istifadə etsə də, bu uşaqların müxtəlif digər ehtiyacları birlik tərəfindən qarşılana bilmir. Uşaqların müxtəlif digər ehtiyaclarının qarşılanması və ümumiyyətlə, cəmiyyətdə bu istiqamətdə sosial təşəbbüskarlığın artırılması məqsədilə bir sıra müəssisələr öz dəstəklərini təklif edirlər.

Bu mənada təşkil edilən hərracın faydalı olacağı danılmazdır.

Məlumat üçün bildirək ki, "Bakutel-2018" sərgi-konfransı çərçivəsində 6-7 dekabr tarixində Bakı şəhərində yerləşən Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası da təşkil olunacaq.  Onlar sərgidə fəaliyyət göstərən pavilyonlarla tanış olmaq və innovativ oyun zonasında əylənmək şansı əldə edəcəklər.

Xatırladaq ki, "Bakutel-2018" sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı və "Azercell" şirkətinin baş sponsorluğu ilə keçirilir.





Baxış sayı: 331

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024