12px13px15px17px
Tarix:22/11/18

Çinin sifətin tanınması alqoritmləri ən güclü olub

Çinin sifətin tanınması alqoritmləri ABŞ-ın Standartlar və Texnologiyalar üzrə Milli İnstitutu tərəfindən keçirilmiş müsabiqədə ilk 5 yeri tutub. “YITU” şirkətinin proqramları 1-2-ci, “SenseTime” firmasının proqramları 3-4-cü, Şençjen Qabaqcıl Texnologiyalar İnstitutunun  proqramı isə 5-ci yeri tutub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bütün alqoritmlərə müxtəlif tipli şəkillərdə sifətin tanınması kimi tapşırıq verilmişdi. Çin alqoritmləri tanıma dəqiqliyi üzrə ABŞ, Hollandiya və Yaponiya mütəxəssisləri tərəfindən işlənmiş alqoritmləri geridə qoyub. Qəzet nəşrləri artıq yazıblar ki, amerikalıların narahat olmasına səbəb var, çünki Standartlar və Texnologiyalar üzrə Milli İnstitut tərəfindən keçirilən müsabiqələrin nəticələri bir növ alıcılar üçün tövsiyə xarakteri daşıyır.
 
Emil Hüseynov





Baxış sayı: 273

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024