12px13px15px17px
Tarix:23/11/18

Gələn il sinxron tərcümə edə bilən qulaqlıqlar satışa çıxarılacaq

Çinin “Timekettle” startapı sinxron tərcümə funksiyasına malik “WT2” adlı simsiz qulaqlıqları kütləvi istehsala çıxarmağa hazırlaşır. Qulaqlıqların qiyməti təxminən 220 dollar təşkil edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “inform.zp.ua” saytına istinadən yazır ki, qulaqlıqlar görünüşcə “AirPods”a oxşardır. İstifadəçi əcnəbi şəxslə danışmazdan öncə qulaqlığın birini öz qulağına taxmalı, digərini isə həmsöhbət öz qulağına taxmalıdır. Məlumata görə, yanvarda təqdim ediləcək ilk partiyadan qurğu satın almaq üçün artıq indidən onu ilkin sifariş etmək lazımdır.
 
Qulaqlıqlar ünsiyyəti 3 rejimdə dəstəkləyir:
 
  • avtomatik – real vaxt rejimində ünsiyyəti tərcümə edir (sakit yerdə ünsiyyət üçün uyğundur);
 
  • əl rejimi – hər bir replikadan öncə cümlənin başlanğıcını göstərmək üçün cihaza toxunmaq lazım olacaq (səs-küylü vəziyyətdə ünsiyyət üçün uyğun gəlir);
 
  • sual rejimi – yolu öyrənmək, məhsulun qiymətini soruşmaq üçün istifadə edilir (əcnəbilərlə küçədə ünsiyyət üçün əlverişlidir).
 
Emil Hüseynov





Baxış sayı: 334

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024