12px13px15px17px
Tarix:26/11/18

Süni intellekt ölmüş insanlarla ünsiyyət qurmağa imkan verəcək

Hindistan Texnologiya İnstitutunun tədqiqatçıları süni intellektdən vəfat edən insanlarla ünsiyyət üçün istifadə imkanını öyrəniblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Hindistan mütəxəssisləri öz işlərində Rusiya proqramçısı Yevgeni Kuyd tərəfindən yaradılan “Replika AI” əlavəsindən istifadə ediblər. Neyroşəbəkə insanın virtual oxşar həmsöhbətini yaratmaq üçün onun rəqəmli dialoq və yazışma tarixçəsindən istifadə edir. Bu dəfə isə tədqiqatçılar Şriya Devadiqa və Bxakti Şetti “Replika AI” əlavəsini ölmüş insanların oxşarını canlandırmaq üçün tətbiq edərək rəqəmli məlumatları və dost və qohumların hekayələrini bir arada birləşdiriblər.

Tədqiqatçıların sözlərinə görə, onlar rəqəmli şüur və ya virtual ölümsüzlük anlayışını öyrənirlər. Bu, insan şəxsiyyətinin kompüterə yüklənilməsini nəzərdə tutan fərziyyəyə əsaslanan konsepsiyadır. Gələcəkdə layihə müəyyən insanlar kimi danışan və aparan avatar və ya robotların yaradılmasını təmin edə bilər.  

Nizam Nuriyev





Baxış sayı: 455

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024