12px13px15px17px
Tarix:02/11/11

Ölkədə telefon şəbəkəsinin modernləşdirilməsi sürətlə davam etdirilir

2011-ci ilin 9 ayı ərzində ümumilikdə sektora 140,0 milyon manat investisiya qoyulub ki, bu da ötən illə müqayisədə 22% çoxdur və ölkə iqtisadiyyatına qoyulan investisiyanın 1,8%-ni təşkil edir.

Respublikada telekommunikasiya sektorunun inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində 2011-ci ilin 9 ayı ərzində respublikanın ümumi telefon şəbəkəsi üzrə ATS-lərin nömrə tutumu 19 908 nömrə artırılaraq, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 687 208 nömrəyə çatdırılıb.

Regionlarda telefon şəbəkəsinin modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə 3,4 milyon manat investisiya yönəldilmiş, ümumi tutumları 2008 nömrə olan EATS-lər istifadəyə verilmiş, 3284 abunəçi xətti tikilmiş və 118,8 km. uzunluğunda fiber-optik kabel tikilib istifadəyə verilib.

BTRİB şəbəkəsinin rekonstruksiyası və genişləndirilməsi üçün 9,7 milyon manat həcmində investisiya qoyulmuş, şəbəkədə 17160 cüt yeni xətt qurğuları tikilmiş, ATS-lər arasında ümumilikdə 15,4 km. optik kabel çəkilmiş və ATS-lərin montaj tutumu 16 097 nömrə artırılaraq (“Az-Evrotel” MMC-nin ATS-ləri də daxil olmaqla) 754 137 nömrəyə çatdırlıb.



Baxış sayı: 1357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024