12px13px15px17px
Tarix:03/12/18

“Apple” qurğularının 75%-i “iOS 12” sisteminin idarəetməsi altında işləyir

“Apple” qurğularının 75%-i “iOS 12” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Real vaxt rejimində “iOS” sisteminin idarəetməsi altında işləyən qurğuların statistikasını izləyən “Mixpanel xidmətinin məlumatında belə deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, hazırda “iOS 11” sisteminin idarəetməsi altında işləyən mobil qurğuların bazar payı 19% təşkil edir.
 
“iOS 12” sisteminin əsas özəlliyi proqram və kameranın yüksək məhsuldarlığıdır. “Apple” şirkətinin nümayəndələri iddia edirlər ki, “iOS 12” sistemində proqramlar 40% daha sürətli işə düşür, klaviatura 50%, kamera isə 70% daha sürətli işləyir.
 
Emil Hüseynov





Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024