12px13px15px17px
Tarix:02/11/11

Günəş batareyası ilə işləyən elektron kağız əsasında elastik ekran yaradılıb

Tayvanın “AU Optronics” (AUO) şirkəti ekranların hazırlanması sahəsində növbəti nailiyyətini nümayiş etdirib. Elastikliyə malik olan elektron kağız əsasında ekran hazırlanıb.

Deformasiya qabiliyyəti ekranın yeganə xüsusiyyəti deyil. Ekranın arxa tərəfində modulu lazımlı enerji ilə təmin edən nazik günəş batareyası yerləşdirilib. Bu elementin ölçüləri 132×212×0,3 millimetr, çəkisi 10 qram təşkil edir.

Parlaq günəş işığı zamanı təxminən 1 Vatt enerji yaradılır, bu isə ekranın enerji ilə qidalanması üçün kifayətdir. Lakin “AU Optronics” şirkətinin mühəndisləri, həmçinin inteqrasiya edilmiş akkumulyator da quraşdırıblar. Akkumulyator zəif işıqlanma dərəcəsi zamanı panelin işləməsinə imkan yaradır.

Ekranın ölçüsü 6 düymə, onun kəskinliyi isə 600×800 nöqtəyə bərabərdir. Gələcəkdə belə hazırlamalar elektron kitabların oxunması qurğularında tətbiq oluna bilər.



Baxış sayı: 1516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024