12px13px15px17px
Tarix:06/12/18

“Qualcomm” ultrasəs texnologiyası əsasında işləyən barmaq izi sensorunu təqdim edib

"Android" sisteminin idarəetməsi altında işləyən qabaqcıl smartfonlar üçün əsas çip tədarükçüsü olan "Qualcomm" şirkəti ultrasəs texnologiyası əsasında işləyən barmaq izi skanerini təqdim edib. "3D Sonic Sensor" sistemi ultrasəs dalğaları vasitəsilə papillyar naxışı skan edir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, yeni texnologiya ultrasəs dalğaları buraxaraq dəri quruluşunun "3D" modelini yaradır ki, bu da daha yüksək dəqiqlik və tanıma sürətini təmin edir. Sözügedən texnologiya nəm və çirkli əllərdəki izləri, hətta qanaxmanı tanıya bilir. Kəsilmiş barmaq və ya saxta iz vasitəsilə yeni həlli aldatmaq mümkün deyil.
 
Bundan başqa, geniş yayılmış tutumlu sensorlardan fərqli olaraq, "3D Sonic Sensor" ekranın alt hissəsinə yerləşdirilə bilər ki, bu da istehsalçılara qurğuların ön panelində daha çox yer saxlamaq imkanı verəcək.
 
Emil Hüseynov





Baxış sayı: 209

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 May 2019

18 05 2019

18/05/19
Yapon alimləri özü bərpa olunan akkumulyator təqdim ediblər

Tokio Universitetinin mühəndisləri tərəfindən akkumulyatorların istehsalı üçün təqdim edilmiş yeni texnologiya 

18/05/19
Gələcəyin nəqliyyatı reallığa çevrilir

Uçan taksinin işlənib hazırlanması ilə məşğul olan Almaniyanın “Lilium” startapı elektrik mühərriki ilə işləyən 5 nəfərlik&nbs

18/05/19
“Apple” öz “5G” modemini hazırlamağı planlaşdırır

“Apple” korporasiyası öz “5G” modemini (mobil qurğuların mobil şəbəkələrə qoşulması üçün çip) haz