12px13px15px17px
Tarix:10/12/18

“OnePlus” şirkətinin direktoru: “5G” şəbəkəsini dəstəkləyən smartfonlar 300 dollar baha olacaq”

“OnePlus” şirkətinin baş direktoru Pit Lau “Qualcomm Snapdragon Tech Summit” konfransında beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların baha olacağını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, onun sözlərinə görə, şirkət “4G” və “5G” şəbəkələrini dəstəkləyən smartfonların hazırlanmasını paralel aparır və “5G” şəbəkəsini dəstəkləyən modelin qiyməti 200-300 dollar baha çıxır.

Bundan başqa, baş direktor qeyd edib ki, müxtəlif operatorların “5G” şəbəkələrində işləyən qurğunun hazırlanması daha çətin iş olacaq.

“OnePlus” şirkətinin də bu vəzifənin öhdəsindən, hələ ki, gələ bilmədiyi ehtimal olunur. Operatorlar müxtəlif tipli “5G” şəbəkələri qururlar. Belə ki, ABŞ-ın “AT&T” və “Verizon” operatorları məlumatların yüksək sürətlə ötürülməsi üçün nəzərdə tutulan millimetrlik diapazonlu şəbəkələrin qurulması ilə məşğuldurlar. “EE” operatoru isə alçaqtezlikli (6 QHs-dək) diapazondan istifadə edir.

Məlumat üçün qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev





Baxış sayı: 297

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024