12px13px15px17px
Tarix:13/12/18

“Instagram” bloqerlər üçün xüsusi funksiyaları sınaqdan keçirir

"Instagram" proqramı çoxlu sayda abunəçisi olan istifadəçilər üçün şəxsi mesajlara girişi məhdudlaşdırmağa, həmçinin səhifə barədə daha ətraflı statistika əldə etməyə imkan verəcək yeni funksiyaları sınaqdan keçirir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, belə hesabın sahibi "Direct"ə ("Instagram"da şəxsi mesajlarla mübadilə xidməti) girişi yalnız müəyyən istifadəçilər üçün əlçatan edə bilər. Digər istifadəçilər isə ona yaza bilməyəcək.
 
"Biz "Instagram"ı fanat cəmiyyətlərinin yaradılması üçün ən yaxşı və ən sadə meydançaya çevirmək, həmçinin məzmun yaradıcılarına öz brendlərini yaratmaqda kömək etmək istəyirik" – internet şirkətin meneceri Eşli Yuki deyib.
 
Bundan başqa, bloqerlər daha təkmil statistika ilə təmin ediləcək ki, bu da onlara səhifənin populyarlığını və abunəçilərin aktivliyini ətraflı təhlil etməyə kömək edəcək.
 
Emil Hüseynov





Baxış sayı: 470

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024