12px13px15px17px
Tarix:17/12/18

Üz ifadəsinə görə parkinson xəstəliyinə diaqnoz qoyan “ağıllı” eynək təqdim edilib

2015-ci ildə təsis edilmiş “Emteq” şirkəti insan sifətinin hərəkətlərini müəyyənləşdirən daşınan qurğuların istehsalı ilə məşğuldur. Texnologiya iflicdən əziyyət çəkən pasiyentlərə üz əzələlərini məşq etdirməyə imkan verir. İflic olmuş insanlar üçün özlərini güzgüdə görmək xoşagəlməz olduğundan qurğu onların sifətini virtual avatara proyeksiya edir.
 
“Wired” nəşri yazır ki, indi “Emteq” şirkətinin yaradıcıları bu texnologiyanı qurğudan istifadə edənlərin emosiya və psixi sağlamlığının monitorinqi məqsədilə istifadə etmək niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, 10 elektroddan ibarət olan qurğu üz əzələlərinin hərəkəti zaman yaranan zəif elektrik siqnallarını izləyəcək və üzün ifadəsini müəyyənləşdirəcək.
 
Şirkət tərəfindən ilkin qurğu əsasında hazırlanmış "ağıllı eynək" parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin üz ifadəsi, bədən hərəkətləri və səs intonasiyası haqqında məlumatları toplayır. Alimlər ümid edirlər ki, cihaz tərəfindən toplanmış məlumatlar sonra xəstəliyin diaqnostikası və preparatların təyin edilməsində istifadə ediləcək.
 
Emil Hüseynov





Baxış sayı: 500

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024