12px13px15px17px
Tarix:03/11/11

TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yeni avadanlıqlar qurulub

Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2011-ci ilin 9 ayı ərzində “Teleradio” İB tərəfindən 46 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilmiş və televiziya və radio proqramlarının yayım əhatəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür.

“Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”nın icrası istiqamətində işlər həyata keçirilmişdir.

Rəqəmli televiziya yayımına keçidlə bağlı digər ölkələr kimi Azərbaycan da Beynəlxalq Telekommunikasiya İttifaqının müvafiq Sazişinə qoşulmuşdur.

Hazırda Bakı, Sumqayıt, Gəncə şəhərlərində Abşeron, Lerik, Ağsu, Poylu, İmişli və Şirvanda rəqəmli TV vericilər fəaliyyət göstərir və ölkə əhalisinin 60%-i rəqəmli TV yayımla əhatə olunmuşdur. Cari ilin sonuna qədər respublika əhalisinin yaşadığı ərazi-lərin 85%-i açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin ediləcəkdir.

2011-ci ilin 9 ayı ərzində DRİ tərəfindən daxil olunmuş müraciətlərə uyğun olaraq 670 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilmişdir.

Texniki baxış zamanı dövlət qeydiyyatından keçməyən 823 ədəd REV aşkarlanmışdır. Onlardan 329 ədədi möhürlənmiş, 275 ədədi qeydiyyata salınmış, 27 ədədi silinmiş, 192 ədədinin qeydiyyata alınması üçün isə müvafiq tədbirlər görülür.

Efirə radiomübadilənin düzgün aparılmaması ilə bağlı 327 ədəd qayda pozuntusu aşkar olunmuş və aidiyyatı istifadəçilərə xəbərdarlıq məktubları göndərilmişdir.



Baxış sayı: 1519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024