12px13px15px17px
Tarix:19/12/18

“Lenovo” dünyada ilk 12 giqabaytlıq operativ yaddaşlı smartfon təqdim edib

“Lenovo” şirkəti “Lenovo Z5 Pro” smartfon-slayderinin yeni versiyasını təqdim edib. Orta sinfə aid orijinal modeldən fərqli olaraq “Lenovo Z5 Pro GT” versiyası güclü proqram təminatına malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Lenovo Z5 Pro GT” dünyada ilk dəfə 12 giqabaytlıq operativ yaddaş və ən yeni “Snapdragon 855” prosessoru ilə təchiz edilib. Arxa panel karbon lifindən istifadə olunmaqla hazırlanıb.

Məlumata görə, qurğunun digər xüsusiyyətləri dəyişməz qalıb. Ekran aşağıya çəkilib salınaraq ön kameradan istifadəyə imkan yaradır. Smartfon ön panelin 95,06 faizini əhatə edən “Full HD+” (2340 х 1080 piksel) təsvir ölçülü 6,39 düym diaqonallı “Super AMOLED” ekran, 24+16 meqapikselli qoşa əsas kamera, 16+8 meqapikselli qoşa ön kamera ilə təchiz olunub. Barmaq izi skaneri ekranın altında quraşdırılıb.

Akkumulyator tutumu 3350 milliamper/saat təşkil edir. Bundan başqa, iki SİM kart və “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5”, “GPS+GLONASS”, “NFC” modemləri dəstəklənir, eləcə də “USB Type-C” çıxışı quraşdırılıb.

2019-cu ilin yanvarında Çin bazarında satışa çıxarılacaq “Lenovo Z5 Pro GT” smartfonunun qiyməti yaddaş tutumuna görə dəyişir (6+128 giqabayt 391 dollar, 8+128 giqabayt 434 dollar, 8+256 giqabayt 492 dollar və 12+512 giqabayt 635 dollar təşkil edir).  

Nizam Nuriyev





Baxış sayı: 404

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024