12px13px15px17px
Tarix:20/12/18

Kosmik teleskop 17 asteroiddə su aşkarlayıb

Yaponiyanın Kobe Universitetinin tədqiqatçılar qrupu “Akari” infraqırmızı peykindən istifadə edərək ilk dəfə 17 asteroiddə hidratlaşdırılmış şəkildə olan minerallar aşkarlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, kəşf Günəş sistemində suyun paylanmasını, asteroidlərin təkamülünü və Yerdə suyun mənşəyini anlamağa kömək edəcək. Bu yaxınlarda keçirilən tədqiqatlar göstərib ki, Günəş sisteminin göy cisimlərində bu və ya digər formalı su mövcuddur. Hesab olunur ki, asteroidlər Yerə su gətirən obyektlərdir. Alimlərin sözlərinə görə, su asteroidlərin səthindən axmasa da, onlarda suyun və susuz süxurların kimyəvi reaksiyaları nəticəsində yaranan hidratlaşdırılmış minerallar (kristalhidratlar) şəklində mövcuddur. Hidratlaşdırılmış minerallar hətta su buzunun yüksək sublimasiya temperaturunda dəyişməz qalır.

Məlumata görə, Yaponiyanın “Akari” infraqırmızı peyki 2-5 mikrometr infraqırmızı diapazonda spektrləri öyrənməyə imkan verən infraqırmızı kamera ilə təchiz edilib. Bu unikal funksiyadan istifadə edən ekspertlər 66 asteroidin spektroskopik müşahidəsini aparıblar. Tədqiqat 17 asteroiddə suyun mövcudluğunu təsdiq edib. Bütün qanunauyğunluqları sonadək öyrənmək üçün alimlər daha çox asteroidi müşahidə etməli və onların Yerdə toplanan meteoritlərlə müqayisəsini aparmalıdırlar. Tədqiqat müəllifləri bildirib ki, bu sirrin üstünü açmaqla bəşəriyyət Yerdə suyun mənbəyinin müəyyənləşdirilməsi və planetdə həyatın necə əmələ gəlməsinin başa düşülməsi istiqamətində əhəmiyyətli addım atmış olacaq.

Nizam Nuriyev





Baxış sayı: 402

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024