12px13px15px17px
Tarix:22/12/18

“Google” axtarışında yeni funksiya düzgün tələffüzü öyrədəcək

"Google" şirkəti istifadəçilərə sözlərin düzgün tələffüzünü öyrədən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Funksiya hələlik ingilis dilində olan sorğular üçün işləyir.

"ICTnews" Elektron Xəbər Xidməti "Searchengines" resursuna istinadən yazır ki, sorğular üzrə yeni blok [how to pronounce compunction] (conpunction necə tələffüz olunur) tipində daxil edilir.

Bildirilir ki, "Learn to pronounce" düyməsini basmaqla istifadəçilər sözün tələffüzünü dinləyə və danışan şəxsin dodaqlarının hərəkətlərini izləyə biləcəklər.

Bundan başqa, istifadəçilər yavaşıdılmış versiyanı dinləmək, eləcə də ABŞ və Britaniya tələffüz variantı arasında keçid etmək imkanından yararlanacaqlar.

Funksiyanın testləri məhdud miqyasda aparılır.

Nizam Nuriyev





Baxış sayı: 393

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024