12px13px15px17px
Tarix:22/12/18

Süni intellekt ABŞ-ın yeni xəritəsini tərtib edib

Stenford Universitetinin mütəxəssisləri ABŞ-ın bütün günəş panellərinin peyk çəkilişlərinin analizi və xəritələnməsi üçün nəzərdə tutulan "DeepSolar" adlı süni intellekt sistemi hazırlayıblar. İş zamanı sistem həm evlərin damında quraşdırılan, həm də iri günəş fermalarında qurulan çoxlu panellər müəyyənləşdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, məlumata görə, "DeepSolar" işin öhdəsindən bir neçə həftəyə gəlib, halbuki, adi yanaşma illər tələb edir (nəticədə məlumatlar köhnəlir). Əldə edilən məlumatlar əsasında hökumət bərpa olunan enerji mənbələrinə keçid üzrə strategiyaları daha dəqiq müəyyənləşdirə biləcək, məsələn, bu və ya digər regionda günəş energetikasına keçidin hansı sürətlə həyata keçirilməsini izləyəcək.    

Bildirilir ki, "DeepSolar" sistemi ABŞ-da təxminən 1,47 milyon günəş panelinin olduğunu müəyyənləşdirib. Məlum olub ki, günəş panelləri daha çox ölkənin cənub-qərbində – Kaliforniyada cəmləşib. Sistem tərəfindən əldə olunan məlumatlar vasitəsilə ABŞ-ın günəş panellərinin xəritəsi tərtib olunub.

Nizam Nuriyev





Baxış sayı: 281

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024