12px13px15px17px
Tarix:03/11/11

“Vim” mətn redaktoru 20 illiyini qeyd edir

“Unix/Linux” əməliyyat sistemlərində məşhur olan “Vim” mətn redaktoru 20 illiyini qeyd edir. Bu məhsulun ilk versiyası 1991-ci il noyabr ayının 2-də çıxıb.

“Vim” redaktorunun istifadəçi interfeysi tamamilə mətn (konsol) rejimdə işləyə bilər. Qrafik pəncərə interfeysində istifadə üçün “GVim” modifikasiyası da mövcuddur.

“Vim” redaktorunun üstünlüklərindən biri bir çox əməliyyat sistemlərində istifadə edilə bilməsidir. Bu, xüsusilə sistem administratorları üçün aktualdır, belə ki, faylları müxtəlif platformalarda redaktə etmək lazım olur. Bu redaktor bütün müasir *nix-sistemlərində, həmçinin 16 və 32 bitlik “Windows” əməliyyat sistemlərində işləyir. Bir sıra mükafatlara layiq görülüb.

“Vim” redaktoru “Charityware” kimi tanınmış “GPL” lisenziyası üzrə yayılır. “Vim” redaktorunun “ulu babası” “Vİ Unix” redaktorudur. Onun ilk versiyası Bil Co (Sun Microsystems banisi) tərəfindən hələ 1976-cı ildə yazılıb.



Baxış sayı: 1452

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024