12px13px15px17px
Tarix:26/12/18

2018-ci ilin ən yaxşı smartfonları açıqlanıb

“Fortune” jurnalının ekspertləri 2018-ci ilin ən yaxşı smartfonlarının reytinqini tərtib ediblər. İlk beşliyə “iPhone XS Max”, “Google Pixel 3”, “Huawei Mate 20 Pro”, “OnePlus 6T” və “Samsung Galaxy Note 9” modelləri daxildir.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, “iPhone XS Max” “Apple” şirkətinin ən mükəmməl məhsulu seçilib. Onun əsas üstünlükləri kimi sukeçirməzlik, yüksəkkeyfiyyətli kamera, ekranın ölçüsü və təsvir ölçüsü qeyd olunur. Modelin əsas çatışmazlığı isə qiymətinin baha olmasıdır.

“Google Pixel 3” beşlikdə avtomatik spam bloklama və tam qaranlıqda “milyardlarla obyekti” müəyyənləşdirən kamera quraşdırmaları imkanına görə yer alıb.

“Huawei Mate 20 Pro” enerji toplamadan uzun müddət işləməsi, süni intellekt sistemi və keyfiyyətli fotoşəkillərə görə yüksək qiymətləndirilib.

“OnePlus 6T” reytinqdə ən demokratik smartfon olub, lakin qiymətlə yanaşı, onun müsbət cəhətləri kimi ekran barmaq izi skaneri və günün qaranlıq vaxtlarında yaxşı keyfiyyətli fotoşəkillər göstərilir. 

“Samsung Galaxy Note9” modelinin başlıca üstünlükləri: monitora qoşularaq fərdi kompüter kimi işləmə, böyük ekran, eyni brendli digər smartfonlar arasında ən yaxşı kamera, eləcə də elektron qələm (stilus).

Nizam Nuriyev





Baxış sayı: 290

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024