12px13px15px17px
Tarix:28/12/18

Yeni “iPhone” modelləri Hindistanda yığılacaq

“Apple” korporasiyasının podratçısı olan “Foxconn” şirkəti 2019-cu ildə qabaqcıl “iPhone” modellərinin quraşdırılmasını Çindən Hindistana daşıyacaq. Bu haqda mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, istehsalın Hindistana daşınması şirkətə 356 milyon dollara başa gələcək. “Foxconn” şirkəti yeni zavod inşa etməyəcək, artıq Şriperambudur şəhərində yerləşən zavodun fəaliyyətini genişləndirəcək. Hazırda bu zavodda Çinin “Xiaomi” şirkəti üçün qurğular yığılır.
 
“Foxconn” Şriperambudurda yerləşən zavodda ən bahalı və aktual “iPhone” modellərini yığmaq niyyətindədir.
 
Emil Hüseynov





Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024