12px13px15px17px
Tarix:28/12/18

Şirkətlərdə məlumat sızmasının həcmi 5 faiz artıb

İnformasiya təhlükəsizliyinin təmini üçün “InfoWatch” həllər istehsalçısı 2018-ci ilin əsas məlumat sızmalarını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, məlumat sızması dedikdə informasiyanın məxfiliyinin pozulması ilə nəticələnən düşünülmüş və ya təsadüfi hərəkətlər (həm kənar cinayətkarların, həm də qaydaları pozan işçilərin) başa düşülür.

Ekspertlərin qiymətləndirməsinə görə, bu il təşkilatlardan qeydə alınan məlumat sızmasının sayı 2017-ci illə müqayisədə 5 faizdən çox artıb. İnsidentlərin 50 faizindən çoxu yüksəktexnologiyalı şirkətlərdə, dövlət sektorunda və tibb müəssisələrində qeydə alınıb. Son ildə daxili qaydaları pozan işçilərin hərəkətləri nəticəsində məlumat sızmalarının payında artım, şəbəkə kanalı vasitəsilə həyata keçirilən insidentlərin payında isə azalma müşahidə olunub.

2018-ci ildə ən çox məlumat sızması Hindistanda baş verib. Belə ki, “AADHAAR” sisteminin – dünyanın ən böyük dövlət identifikasiya məlumatları saxlancının informasiyası ələ keçirilib. Nəticədə fərdi məlumatlar və biometrik informasiya daxil olmaqla 1,2 milyard hesab məlumatının açarı 8 dollara satışa çıxarılıb.  

Kommersiya şirkətləri arasında məlumat sızmaları ilə daha çox “Marriott” mehmanxana şəbəkəsi (500 milyon istifadəçi zərər çəkib), “Veeam” proqram təminatı tərtibatçısı (440 milyon), “Exactis” marketinq firması (340 milyon), “SF Express” logistika şirkəti (300 milyon), “Apollo” servis startapı (200 milyon), “VNG” informasiya texnologiyaları şirkəti (təxminən 163 milyon) və “Under Armour” əlavəsi (150 milyon) üzləşib.  

Nizam Nuriyev





Baxış sayı: 475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024