12px13px15px17px
Tarix:28/12/18

Şamaxıda ilk dəfə “DigiGirlz” konfransı keçirilib

Şamaxıda ilk dəfə Heydər Əliyev Fondunun dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft Azerbaijan” şirkətinin birgə təşkilatçılığı ilə qızların informasiya texnologiyaları sahəsində roluna həsr olunan “DigiGirlz” konfransı keçirilib.  

Azərbaycanda ardıcıl olaraq beşinci dəfə keçirilən tədbirdə Şamaxıda təhsil alan məktəbli qızlara sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamaq və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

"DigiGirlz" proqramı qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərini hazırlamaq məqsədi ilə “Microsoft Azerbaijan” şirkəti tərəfindən həyata keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov ölkəmizin innovativ inkişafı üçün rəqəmli gender bərabərliyinin vaxtında təmin olunmasının əhəmiyyətindən danışıb. “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qadınların İKT sahəsində fəaliyyətinin genişlənməsinə daim dəstək göstərir. Bu il Bakıda və regionlarda keçirilən “İdeyadan biznesə” startap turu çərçivəsində təqdim olunmuş 3 uğurlu startap layihəsinə qadınlar rəhbərlik edib”.

Daha sonra “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov qeyd edib ki, “DigiGirlz” konfransının əsas məqsədi məhz texnologiya sahəsində çalışan qızlara dəstək olmaq, onların inkişafına təkan vermək, indiyədək mövcud istedadının açılmasına mane olan gender stereotiplərini qırmaq, İKT sahəsində karyera qurmağın və texnologiya sahəsinin onlara verə biləcəyi imkanların yollarını göstərməkdir.

Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar nümunə olaraq misal gətirilib. Konfrans şagirdlərə gənc qadınların sürətlə inkişaf edən texnologiya sahəsində işləri və ən cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradıb. Sonda məktəbli qızların sualları cavablandırılıb. 
 







Baxış sayı: 78

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Mart 2020

29 03 2020

29/03/20
“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Microsoft”un nümayəndəsi deyib ki, hakerlər “Windows”un bütün dəstəklənən versiyalarında əvvəllər

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa