12px13px15px17px
Tarix:03/01/19

Cənubi Koreya ordusu süni intellektlə təchiz ediləcək

Koreya Respublikası Müdafiə Nazirliyi ölkədə hərbi məqsədlər üçün ən yeni texnologiyaların inkişafı ilə məşğul olacaq elmi-tədqiqat institutunun yaradılmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, institutun fəaliyyət istiqamətlərindən biri döyüş meydanında süni intellektin tətbiqi olacaq.

Məlumata görə, Süni İntellektin Tədqiqi və İnkişafı Mərkəzinə təxminən 50 hərbi və mülki mütəxəssis daxildir. Briqada generalı Kim Yen Samın rəhbərlik etdiyi mərkəz yaxın vaxtlarda birgə tədqiqat və işləmələrin aparılması məqsədilə Cənubi Koreyanın ali məktəb və elmi-tədqiqat institutları ilə əlaqələr qurmaq niyyətindədir.

Nizam Nuriyev





Baxış sayı: 316

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024