12px13px15px17px
Tarix:04/01/19

“Android Messages” proqramında spama qarşı avtomatik mühafizə funksiyası tətbiq edilib

“Google” şirkətinin məlumatına görə, “Android Messages” proqramında spama qarşı avtomatik mühafizə funksiyası tətbiq edilib. Yenilənmiş versiya artıq bəzi istifadəçilərin qurğularında əlçatandır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, mobil proqram spama qarşı avtomatik mühafizə funksiyasının aktivləşdirilməsi haqqında istifadəçiyə xəbərdarlıq edir. Bundan sonra “Android Messages” spam mesajları aşkar etmək və vaxtında bloka salmaq üçün istifadəçiyə göndərilmiş mesajı təhlil etməyə başlayır.
 
Məlumata görə, “Google” şirkəti spamerlərinin eyniləşdirilməsi üçün istifadəçiyə mesaj göndərən və ondan mesajlar alan insanların telefon  nömrələrini müvəqqəti saxlayır. Həmçinin mesajın göndərilmə vaxtı haqqında məlumatlar saxlanılır, amma istifadəçinin telefon nömrəsi və ya bu mesajların məzmunu saxlanılmır. Lakin istifadəçi spam haqqında hesabatı göndərmək istəyərkən bu halda mesajın tam məzmunu “Google” şirkətinə ötürülür.
 
Emil Hüseynov





Baxış sayı: 475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024