12px13px15px17px
Tarix:07/01/19

“Chrome OS” sistemli ilk “Asus” planşeti təqdim olunub

“Asus” şirkəti planşet kompüter buraxılışı üzrə istehsal xəttini yeni “Chromebook Tablet CT100” modeli ilə genişləndirib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, bu, şirkət tarixində “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk qurğudur. Korpusu rezin şassi ilə təchiz edilən planşet 1 metr hündürlükdən düşməyə dözümlüdür.

Məlumata görə, yeni qurğunun ekran ölçüsü 9,7 düym, təsvir ölçüsü QXGA 2048 х 1536 piksel təşkil edir. Bundan əlavə, məlumatları elektron qələmlə (stilus) daxil etmək imkanından yararlanmaq olar. Planşetin əsasını məxsusi olaraq “Chrome OS” sistemli qurğular üçün hazırlanan altınüvəli “OP1” prosessoru təşkil edir. Akkumulyator tutumu 35 vatt-saata bərabər modelin operativ yaddaşı 4 giqabayt, quraşdırılmış yaddaşı isə 32 giqabaytdır. Bu, birgünlük aktiv iş üçün yetərli hesab olunur.

“ASUS Chromebook Tablet CT100” planşetinin qiyməti və satışa çıxarılma müddəti açıqlanmır.

Nizam Nuriyev





Baxış sayı: 437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024