12px13px15px17px
Tarix:08/01/19

“Samsung” televizorları “Apple” servislərini dəstəkləməyə başlayacaq

“Samsung” şirkətinin 2018-2019-cu il istehsal xəttinə aid “ağıllı” (Smart TV) televizorları “Apple” servisinin onlayn əlavələr mağazasında kinofilm və teleşouları almağa və satmağa imkan verən “iTunes Movies and TV Shows” mobil proqramı ilə təchiz ediləcək. Bu, “AirPlay 2” simsiz media translyasiya protokolunun dəstəyi ilə yanaşı, Cənubi Koreya istehsalçısının qurğularını “Apple TV” cihazının əsas funksiyaları ilə təmin edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Samsung” nümayəndələrinin sözlərinə görə, “iTunes” əlavəsi və “AirPlay 2” texnologiyası yazdan etibarən 2019-cu il “Samsung Smart TV” televizor modellərində quraşdırılacaq. 2018-ci il qurğularında isə dəstək proqram təminatı yeniləndikdən sonra həyata keçiriləcək. “Samsung Smart TV” qurğularında yeni “iTunes” əlavəsindən 100-dən çox ölkədə istifadə mümkün olacaq, “AirPlay 2” texnologiyası isə 190-dan çox ölkədə dəstəklənəcək.

“Samsung Smart TV” istifadəçiləri mövcud “iTunes” servisindən istifadə etmək və “iTunes Store” mağazasında “4K HDR” formatlı filmlərin də olduğu yüzlərlə film və seriyalı ala və ya icarəyə götürə biləcəklər. “iTunes Movies/TV Shows” əlavəsi “Samsung Smart TV”, “Universal Guide”, yeni “Bixby”, “Axtarış” kimi servislərə inteqrasiya edilməklə bütün “Samsung” ekosistemində eyni istifadə təcrübəsini təmin edəcək.

“AirPlay 2” texnologiyası “QLED 4K” və “8K”, “The Frame” və “Serif” interyer televizorları, eləcə də digər “UHD” və “HD” “Samsung” modelləri daxil olmaqla bütün əsas növ “Smart TV Samsung” qurğularında dəstəklənəcək.

Nizam Nuriyev





Baxış sayı: 351

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024